Qafqaz əsiri və ya Şurikin yeni macəraları / Кавказская пленница, или Новые приключения Шурика

  • İstehsal ili: 1966
  • İstehsalçı ölkə: SSRİ
  • Nümayiş dili: Rus dili
  • Kinostudiya: "Mosfilm"
  • Ssenari müəllifi: Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday
  • Rejissor: Leonid Qayday
  • Operator: Konstantin Brovin
  • Bəstəkar: Aleksandr Zasepin
  • Prodüser: L. Freydin (filmin direktoru)
  • Rollarda:

    Aleksandr Demyanenko, Nataliya Varley, Vladimir Etuş, Georgi Vitsin, Yuri Nikulin, Yevgeni Morqunov, Ruslan Əhmətov, Mixail Qluzski, Nina Qrebeşkova, Pyotr Repnin, Emmanuil Geller, Leonid Dövlətov, Noy Avaliani

  • Film haqqında:

    Mehriban və sadəlövh folklorist Şurik Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, "sağlıqlar" öyrənmək üçün Qafqaza gəlir.
    Yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin idarə etdiyi yük maşını da sahibini yolda qoyur...
    Bu zaman həmin yoldan Nina adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl raykomxozun müdiri Saaxovun sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.
    Bu zaman "həddindən artıq sağlıq öyrənən" Şurik sərxoş halda açıq VVAQ-a daxil olur və təntənəli açılışı korlayır. Lakin Saaxov polisə bunun nəyə görə belə alındığını izah edir. Daha sonra Nina ilə evlənmək qərarına gəlir. Bunun üçün onlar Cəbrayılla razılığa gəlirlər: Saaxov Cəbrayıla 20 qoyun və soyuducu boyun olur. Ninanınsa razılığı alınmır və buna görə də onu "Qorxaq", "Axmaq" və "Çoxbilmiş" qaçırmalıdırlar...

  • Müddəti: 79 dəq. 54 san.
Baxış sayı8941
  • 10 dekabr, 2013

DOSTLARLA PAYLAŞ

loading...

BUNLARI İZLƏDİNİZMİ?

Tanrıların qibtəsi / Зависть богов
Film
Baxış sayı: 1611
İşdə məhəbbət məcarası / Служебный роман
Film
Baxış sayı: 2319
Əsgər atası / Отец солдата
Film
Baxış sayı: 2506
Hörmətli ziyarətçi, Siz səhifəyə qonaq qismində daxil olmusunuz. Xahiş edirik, qeydiyyatdan keçin və ya öz şəxsi hesabınıza daxil olun.

ŞƏRHLƏR

  • Offline
    Рояна Акперова
    oj oj oj ela ne gozelki bu filmleri jerlesdirmisiz.youtubda hec leZet elemir baxmaq qadin.net super
    18 yanvar 2014 11:16

Məlumat

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!