"Sirat körpüsü"

  • İstehsal ili: 2007
  • İstehsalçı ölkə: Azərbaycan
  • Nümayiş dili: Azərbaycan dili
  • Kinostudiya: Buta Film
  • Ssenari müəllifi: Samir Kərimoğlu, İlqar Fəhmi
  • Rejissor: Samir Kərimoğlu
  • Operator: Mətləb Yaqubov
  • Bəstəkar: Unformal Qrupu
  • Prodüser: Mübariz Hüseynov
  • Rollarda:

    Rövşən Ağayev, Dilarə Kazımova, Samir Kərimoğlu, Aqşin Fateh, Elşən Xəzər, Səmimi Fərhad, Nailə Zeynalova, Ayşad Məmmədov, Əsgər Rəhimov, Nicat Kazımov

  • Film haqqında:

    Filmdə 3D animasiyadan istifadə edilmişdir. Rejissor filmdə tarantinosayağı üsluba müraciət edib. "Sirat körpüsü"nün sətiraltı mətni narkomaniya, oğurluq və bu kimi mənfi vərdişlərin əleyhinə səslənir.

    Filmdə uşaq evində bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur.
    Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır. İndi onlar həm malı satmalı, borcu ödəməli, həm də sağ qalmalıdırlar....

    Xatırladaq ki, Sirat körpüsü cənnətlə cəhənnəmi ayıran tükdən nazik yoldur.

  • Müddəti: 122 dəq. 26 san.
Baxış sayı1577
  • 5 dekabr, 2013

DOSTLARLA PAYLAŞ

BUNLARI İZLƏDİNİZMİ?

"Ay Brilliant" b/f
Film
Baxış sayı: 4644
"My name is İntiqam" b/f
Film
Baxış sayı: 13618
"Məhkumlar" b/f
Milli kinomuz
Baxış sayı: 4515
Hörmətli ziyarətçi, Siz səhifəyə qonaq qismində daxil olmusunuz. Xahiş edirik, qeydiyyatdan keçin və ya öz şəxsi hesabınıza daxil olun.

ŞƏRHLƏR

  • Offline
    Gultekin
    Diqqetimi celb etdi vaxt tapib baxacam
    18 aprel 2015 17:05

Məlumat

"Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!