"Nəsimi" b/f

  • İstehsal ili: 1973
  • İstehsalçı ölkə: Azərbaycan
  • Nümayiş dili: Azərbaycan dili
  • Kinostudiya: "Azərbaycanfilm"
  • Ssenari müəllifi: İsa Hüseynov
  • Rejissor: Həsən Seyidbəyli
  • Operator: Rasim İsmayılov
  • Bəstəkar: Tofiq Quliyev
  • Prodüser: Daniil Yevdayev, Bəşir Quliyev (filmin direktoru)
  • Rollarda:

    Rasim Balayev, İsmayıl Osmanlı, Xalidə Quliyeva, Kamal Xudaverdiyev, Tofiq Mirzəyev, Almaz Əsgərova, Səməndər Rzayev, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, Muxtar Maniyev

  • Film haqqında:

    Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş,  İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilmişdir.
    Film aktyor Rasim Balayevin kinoda ilk işidir. Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
    Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. XIV əsrin axırı XV əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadelli işğalçıların, digər tərəfdən bir-birilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı; onun yaradıcılığında islam qaragüruhu ilə mibarizə aparıb öz dövründə mütərəqqi rol oyanayan, eyni zamanda əsrin mütərəqqi, idealist dünyagörüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdır...

  • Müddəti: 95 dəq. 27 san.
Baxış sayı1955
  • 1 dekabr, 2013

DOSTLARLA PAYLAŞ

BUNLARI İZLƏDİNİZMİ?

"Ay Brilliant" b/f
Film
Baxış sayı: 5885
"My name is İntiqam" b/f
Film
Baxış sayı: 15291
"Məhkumlar" b/f
Milli kinomuz
Baxış sayı: 6261
Hörmətli ziyarətçi, Siz səhifəyə qonaq qismində daxil olmusunuz. Xahiş edirik, qeydiyyatdan keçin və ya öz şəxsi hesabınıza daxil olun.

ŞƏRHLƏR

Adınız: *
E-mail ünvanınız: *
Şəkildə gördüyünüz kodu daxil edin: *