"Asif, Vasif, Ağasif" b/f

  • İstehsal ili: 1983
  • İstehsalçı ölkə: Azərbaycan
  • Nümayiş dili: Azərbaycan dili (dublyaj)
  • Kinostudiya: "Azərbaycanfilm"
  • Ssenari müəllifi: Nadejda İsmayılova
  • Rejissor: Rasim İsmayılov
  • Operator: Ramiz Rzayev
  • Bəstəkar: Ruhəngiz Qasımova
  • Prodüser: Arif Səfərov (filmin direktoru)
  • Rollarda:

    Məmməd Məmmədov, Şükufə Yusupova, Leyla Bədirbəyli, Nəzri Babayeva, Ramiq Həsənov, Yuliya Kokoplina, Nərgiz Cəfərli, Zaur Mansurov, Təranə Həşimova, Pərvanə Həşimova, Xalidə Quliyeva, Ramiz Əzizbəyli, H. İsmayılov, Zemfira Sadıqova, Ruhəngiz Qasımova, Nahidə Orucova, Ömür Nağıyev, Yusif Qasımov, Böyükağa Qasımov, Ləman Babayeva, Bəxtiyar Əliağayev, Sevinc Səfərova, Fərid Əliyev, Namiq Acalov, Hökümə Cəlilova, Emil Pənahov, Ramin Aslanov, A. Məmmədzadə, Gümrah Rəhimov, Cahangir Aslanoğlu, Nəcibə Hüseynova, Afaq Quliyeva

  • Film haqqında:

    Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

    Filmin mərkəzində Asif, Vasif və Ağasif adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.
    Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...

  • Müddəti: 97 dəq. 52 san.
Baxış sayı2018
  • 1 dekabr, 2013

DOSTLARLA PAYLAŞ

BUNLARI İZLƏDİNİZMİ?

"Ay Brilliant" b/f
Film
Baxış sayı: 5879
"My name is İntiqam" b/f
Film
Baxış sayı: 15287
"Məhkumlar" b/f
Milli kinomuz
Baxış sayı: 6256
Hörmətli ziyarətçi, Siz səhifəyə qonaq qismində daxil olmusunuz. Xahiş edirik, qeydiyyatdan keçin və ya öz şəxsi hesabınıza daxil olun.

ŞƏRHLƏR

Adınız: *
E-mail ünvanınız: *
Şəkildə gördüyünüz kodu daxil edin: *